29 Mart 2019

Fransız şorbası

Bişirilmə vaxtı

30 dəq

Kateqoriya

Şorbalar

Ədviyyat

Duz, istiot
  1. 1,5 l suyu qazanda qaynadın. Toyuğu doğrayıb qaynayan suya atın.
  2. Toyuq suyu qaynadıqdan dərhal sonra qara istiot və dəfnə yarpaqlarını əlavə edin. 20 dəqiqə qaynadın.
  3. Kartofu soyub kub şəklində doğrayın. Toyuğu sudan çıxarıb kartofu toyuq suyunun içinə atın. 5-7 dəqiqə bişirin.
  4. Kökü təmizləyib sürtgəcdən keçirin. Bitki yağında azca qızardın. Duz və istiot səpin. Kütləni şorbaya əlavə edin. 5-7 dəqiqə bişirin.
  5. Əridilmiş pendir əlavə edib yaxşıca qarışdırın. Oddan götürün.
  6. Bageti uzun dilimlərə bölün. Dilimlərin hər iki tərəfini zeytun yağına batırın. Sarımsağı qabığından təmizləyib çörək diliminə sürtün. Çörək dilimlərini     190- 200°C isidilmiş sobada qızardın. Şorba ilə birlikdə süfrəyə verin. 

İnqredientlər

Toyuq filesi

400 q

Əridilmiş pendir

200 q

Dəfnə yarpağı

3 ədəd

Günəbaxan yağı

2 x.q.

Zeytun yağı

4 x.q.

Göyərti

400 q

Kök

1 ədəd