1 Aprel 2019

Toyuq ciyərindən paştet

Bişirilmə vaxtı

30 dəq

Kateqoriya

Quru yemək

Ədviyyat

Duz, qara istiot
  1. Ciyəri soyuq su ilə yuyub təmizləyin. Yuyulmuş ciyərləri kasaya yerləşdirin. Üzərinə süd əlavə edib 1 saat gözlədin.
  2. Soğanı yarım halqa şəklində doğrayın. Tavada orta odda günəbaxan yağını qızdırın və üzərinə kərə yağının 1/3 hissəsini əlavə edin. Soğanı bu      yağda yumşalana qədər bişirin.
  3. Ciyəri yuyun və soğanla bir tavada 20-30 dəqiqə qarışdıraraq bişirin.
  4. Odu azaldıb qaymağı əlavə edin. 15 dəqiqə bişirin. Daha sonra duz və istiot əlavə edin. Oddan götürüb soyumasını gözləyin.
  5. Kütləni blenderdən keçirin. Qalan kərə yağını əlavə edin.
  6. Hazır paşteti bankaya töküb soyuducuda 1 gecə gözlədin. 

İnqredientlər

Toyuq ciyəri

1 kq

Kərə yağı

100 q

Soğan

3 baş

Süd

2 x.q.

Qaymaq

1 x.q.

Günəbaxan yağı

1 x.q.