Fabrik

Fabrik

Broyler damları

Dadlı Toyuğun süfrənizə doğru səfəri cücə damlarında başlayır. Başlanğıc nöqtəsi isə hər zaman önəmlidir.

Respublikanın ən iri ətlik istiqamətli quşçuluq təsərrüfatı olan “Siyəzən Broyler” ASC-nin fabrikində daha yüksək xidmət göstərmək məqsədi ilə aparılan yenidənqurma və bərpa işləri nəticəsində 168 dam bərpa olunmuş və istismara verilmişdir.

Bundan əlavə, fabrikdə Hollandiyanın VDL Agrotech şirkətinin müasir avadanlıqları ilə təchiz olunmuş 38 yeni damın tikintisinə başlanmışdır. Həmin damların hər biri 35.000 ədəd quş tutumuna malikdir. Hazırda cücə damlarının elektrik, su və kanalizasiya xətlərinin tamamilə dəyişdirilməsi prosesi ilə yanaşı biogüvənliyin və iş şəraitinin artırılması məqsədi ilə bütün broyler və ətraf əraziləri tamamilə asfaltlanmış, təmiz və çirkli yolların ayrılması üçün fabrik daxilində əlavə yollar çəkilmişdir.