Fabrik

Fabrik

İnkubatoriya

Dadlı Toyuğun süfrənizə doğru səfərinin ikinci dayanacağı Siyəzən Broyler ASC-nin inkubatoriyasıdır. Gələcək günlərin Dadlı Toyuqları olan yumurtalar inkubatoriyada 21-25 gün saxlanılır. Bəs bu 21-25 gün hansı şəraitdə keçir?

Respublikanın ən iri ətlik istiqamətli quşçuluq təsərrüfatı olan "Siyəzən Broyler" ASC yeni müasir inkubatoriyanın tikintisinə başlamışdır. Müəssisədə daha öncə mövcud olan inkubatoriyanın aylıq həcmi 2,2 milyon yumurta təşkil edirdi. Davamlı inkişaf edən "Siyəzən Broyler" ASC bununla kifayətlənmədi və bu sahədə ən qabaqcıl şırkətlərdən olan Hollandiyanın Pas Reform şirkəti ilə müqavilə imzalayaraq, əlavə 2,5 milyon yumurta qoyulmasına imkan verən yeni müasir inkubatoriyanın tikilməsinə start verdi. Hazırda inkubatoriyanın tikintisi davam edir.

"Siyəzən Broyler" ASC fabriklərində hər ay istehsal planına uyğun olaraq inkubatora yumurta qoyulması, cücənin çıxışı, yetişdirilməsi və kəsim proqramları tutulur. Quşların sağlamlığı, məhsuldarlığını artırmaq üçün profilaktik tədbirlər və vaksinasiya proqramları tutulur. Qapalı şəraitdə təbii üsul ilə yetişdirilən quşlar bioloji təmiz və saf Şollar suyu və ən yüksək keyfiyyətli yemlə bəslənilir.

"Siyəzən Broyler" ASC Bakı və Sumqayıt şəhərlərini, həmçinin Respublikanın 10-dan artıq rayonunu yüksək keyfiyyətli məhsulla təmin edir.