Fabrik

Fabrik

Renderinq

Təbiətə zərər vermədən, maddi və mənəvi dəyərləri qoruyaraq istehsal olunan qidanı könül rahatlığı ilə yeyir və ondan xüsusi zövq alırıq.

“Siyəzən Broyler” ASC ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün tullantıların emalı zavodunu istismara vermişdir. Müasir tələblərə uyğun tikilmiş zavodda günlük 150 ton tullantını emal etmə gücü olan Hollandiya və Türkiyə istehsalı müasir avadanlıqlar quraşdırılmışdır. Burada tullantıların emalı prosesi ən müasir formada həyata keçirilir. Emal nəticəsində əldə olunan toyuq unu və toyuq yağı xammalları isə iribuynuzlu mal-qara yemində istifadə olunur.