Fabrik

Fabrik

Kəsimxana

Broylerdə toyuqların yetişdirilməsi qədər onların gigiyena və sanitariya qaydalarına uyğun olaraq kəsilməsi də önəmlidir.

“Siyəzən Broyler” ASC daha yüksək xidmət göstərmək məqsədi ilə fabrikinin kəsimxanasında yenidənqurma işləri aparmışdır. Müəssisə bu sahədə dünyanın ən aparıcı şirkəti olan Hollandiyanın Meyn firması ilə müqavilə imzalamışdır. Bütün kəsimxana ən müasir tələblərə cavab verən, istehsal gücü saatda 8.000 ədəd quş olan avadanlıqlarla təchiz olunmuşdur.

Bundan əlavə, kəsimxana ərazisində gigiyena və biogüvənliyin artırılması məqsədi ilə döşəmə örtüyü dəyişdirilmiş, təmizləmə və havalandırma sistemləri müasir sistemlərlə əvəz edilmişdir. Keçirilən tədbirlər nəticəsində Müəssisənin kəsimxanası Azərbaycanda və Cənubi Qafqaz bölgəsində ən iri və müasir kəsimxana statusunu qazanmışdır. Aparılan yenidənqurma işləri və iki növbəli iş rejiminin tətbiqi gün ərzində 120-130 min baş quşun kəsilərək emal olunmasına imkan yaratmışdır.