Haqqımızda

""Siyəzən Broyler"" ASC fabriki Respublikamızın milli iftixarıdır. Ümummilli lider Heydər Əliyev.

1984

Qurulma tarixçəsi

“Siyəzən Broyler” ASC quşçuluq fabriki Azərbaycanın şimal şərqində yerləşir. Müəssisə 1984-cü ildə xalqımızın ümumilli lideri Heydər Əliyevin təşəbbüsü və şəxsi nəzarəti altında tikilib istifadəyə verilmişdir. Ulu öndərimiz Heydər Əliyev müəssisə ilə fəxr edirdi, dəfələrlə bildirirdi ki, "Siyəzən Broyler" ASC fabriki Respublikamızın milli iftixarıdır.

2000

Nailiyyətlər

Təyinatına görə Respublikada ən iri ətlik istiqamətli quşçuluq təsərrüfatıdır. 2000-ci ildən etibarən "Siyəzən Broyler" fabriki Açıq Səhmdar Cəmiyyəti kimi fəaliyyətə başlamışdır. Hal-hazırda fabrikdə 1000 nəfərə yaxın işçi çalışır. İstehsal prosesində ən müasir avadanlıqlardan istifadə olunur. Müəssisəmiz fəaliyyəti bütün sanitar, baytar və gigiyenik normalara cavab verməklə, müasir tələblərə və dünya standartlarına uyğun qurulmuşdur. Müəssisədə qapalı şəraitdə təbii üsul ilə yetişdirilən quşlar bioloji təmiz və saf Şollar suyu ilə və ən yüksək keyfiyyətli yemlə bəslənilir. Müasir istehsal texnologiyalarına, sanitar-gigiyenik və qida təhlükəsizliyi qaydalarına uyğun ət istehsal olunur. Qeyd etmək lazımdır ki, müəssisə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində qeydiyyatdan keçmiş və reyestrdən çıxarış təqdim olunmuşdur. Həmçinin müəssisənin bütün istehsalat zənciri beynəlxalq qida təhlükəsizliyini idarəetmə sistemlərinə uyğunlaşdırılaraq HACCP, ISO 22000-2005, MS 1500-2009 sertifikatlarına layiq görülmüşdür. Təsərrüfatda Hollandiyanın “HatchTech” firmasına məxsus 2.200.000 damazlıq yumurta qəbul gücünə malik inkubatoriya fəaliyyət göstərir. Həmçinin quşların böyüdülüb saxlanılması üçün Macarıstanın “Baboylo” firmasının inşa etdiyi 168 bina var. “Siyəzən Broyler” üçün halallıq prioritet məsələ olduğundan, müəssisə Türkiyənin İzmir şəhərində fəaliyyət göstərən və JAKIM tərəfindən akkreditasiyadan keçirilmiş KASCERT-ə müraciət etmişdir. Bu təşkilat tərəfindən müəssisəyə baxış keçirilərək Halal auditlər aparılmış heç bir uyğunsuzluq aşkarlanmadığı üçün müəssisə Malayziyanın MS 1500:2009 Halal standartına uyğun olaraq sertifikatlaşdırılmışdır.

2000
2018

Yenidənqurma

2018-ci ildə Hollandiyanın “Meyn” şirkəti tərəfindən tam avtomatlaşdırılmış, saatda 8000 quş istehsal gücünə malik Kəsimxana qurulub və istifadəyə verilib. Hal-hazırda ümumi ət istehsal qabiliyyəti aylıq 2500 ton, illik isə 30.000 tondur. Dövlətin iqtisadi siyasətinə uyğun olaraq, ölkəmizin quş ətinə olan ehtiyacını qarşılamaq məqsədi ilə 2018-ci il ərzində istehsal gücünün artırılması üçün təsərrüfat-istehsalat sahələri genişləndirilmişdir. Belə ki, müəssisədə Hollandiyanın “Pas Reform” firmasına məxsus 2.200.000 yumurta qəbulu gücünə malik yeni inkubatoriya inşa olunmuş, Hollandiyanın “VDL Agrotech” şirkəti tərəfindən 38 yeni yetişdirmə binası istifadəyə verilmişdir. Keyfiyyət Departamentinin tərkibində mövcud olan Keyfiyyətə Nəzarət Laboratoriyası 2018-ci ilin əvvəlində yenidən qurulmağa başlanaraq yenilənmişdir. Ən müasir analiz metodları ilə nəzarət, ölçü və analiz cihazları vasitəsi ilə analizlər aparılır. Müəssisəyə daxil olan xammal qəbul edilməzdən öncə analizlər aparılaraq qəbul edilir. Həmçinin istehsal prosesləri zənciri boyunca aparılmış təhlillər sonrası müəyyən edilmiş Kritik Nəzarət Nöqtələrində laborator nəzarətlər aparılır. Şirkətimizin Korporativ Standartının bir hissəsi olan “7P LabCo” prinsipi ilə xammaldan son məhsula kimi keyfiyyətə nəzarət olunur.

2019

Davamlı inkişaf

Həmçinin 2019-cu il ərzində hazırlanacaq yeni binalarda yetişdirilən quşları istehsal etmək üçün Yanvar ayında Hollandiyanın “Meyn” şirkəti ilə yeni müqavilə əsasında modern avadanlıqlar sifariş verilmişdir. 2019-cu ilin standartlarına cavab verən saatda 8000 quş emal etmək üçün tam avtomatlaşdırılmış 2-ci Kəsimxana layihəsinin inşaat prosesinə başlanılmışdır və cari ilin sonunda təhvil verilməsi planlaşdırılır. Bununla da müəssisənin istehsal həcmi 2 dəfə artacaq ki, aylıq 5000 ton, illik isə 60.000 ton yüksək keyfiyyətli toyuq əti daxili bazara çıxarılacaq. Bundan əlavə, bildirmək istərdik ki, ekologiya və ətraf mühitinin mühafizəsi tələblərinə uyğun olaraq Kəsimxana tullantılarının idarə olunması məqsədilə ən müasir dünya standartlarına uyğun olaraq Hollandiyanın Mavitec şirkətinə məxsus avadanlıqlarla Renderinq sistemi qurulmuşdur. Qeyd etmək lazımdır ki, bu sistemdən Region ölkələrində hətta MDB ölkələrində yalnız bizim fabrikimizdə mövcuddur. “Siyəzən Broyler” ASC fabriklərində bir çox çeşiddə quş əti və yumurta istehsal olunur. Təbii üsulla yetişdirilən quşlar ekoloji cəhətdən saf Şollar suyu və yüksək keyfiyyətli yemlə bəslənir. Bundan əlavə, bildirmək istərdik ki, ekologiya və ətraf mühitinin mühafizəsi tələblərinə uyğun olaraq Kəsimxana tullantılarının idarə olunması məqsədilə ən müasir dünya standartlarına uyğun olaraq Hollandiyanın Mavitec şirkətinə məxsus avadanlıqlarla Renderinq sistemi qurulmuşdur. Qeyd etmək lazımdır ki, bu sistemdən Region ölkələrində hətta MDB ölkələrində yalnız bizim fabrikimizdə mövcuddur.

2019

“Siyəzən Broyler” ASC fabriklərində bir çox çeşiddə quş əti və yumurta istehsal olunur. Təbii üsulla yetişdirilən quşlar ekoloji cəhətdən saf Şollar suyu və ən yüksək keyfiyyətli yemlə bəslənir.

Partnyorlar