Keyfiyyət və qida təhlükəsizliyi siyasəti

İstehlakçının gözləntilərinə tam cavab verən keyfiyyətli, halal, sağlamlıq və qida təhlükəsizliyi tələblərinə uyğun və dadlı məhsullarının təqdim edilməsi bizim əsas məqsədimizdir.

İstehsalçı olaraq hədəfimizə çatmaqda tədarükçülərimizlə böyümək, məhsuldarlığımızı artırmaq və ümumi keyfiyyəti idarəetmə anlayışını mənimsəyərək istehsal etmənin vacib olduğuna inanırıq. Bu inamımızı dəstəkləyəcək formada sistemlərimizi davamlı inkişaf etdirməyi və hər zaman müştəri məmnuniyyətini ön planda tutacağımızı öhdəliyimizə götürürük.

Müasir müəssisələrimizdə istehsal etdiyimiz, təzə və ya dondurulmuş bütöv toyuq və toyuq hissələri məhsullarını istehsal zamanı xammalın qəbulundan başlayaraq, məhsulların istehlakçılara çatdırılana qədər bütün mərhələlərə aid qida təhlükəsizliyinə yönəlik təhlükələri müəyyən etmək, dəyərləndirmək və nəzarətdə saxlamaq ən başlıca vəzifəmizdir.

Bu vəzifələri yerinə yetirərkən qanunvericiliyin tələblərinə diqqət edir, qida təhlükəsizliyinə dair tələbləri və müştəri məmnuniyyətini təmin edir, proseslərimizi davamlı inkişaf etdirməklə, texnoloji yeniliklərdən istifadə edir, işçilərimizin inkişafı üçün zəruri olan ehtiyacları qarşılayır və kommersiya hədəflərimizi ön planda tuturuq.


Biz bəyənilən və etibar edilən marka olaraq davamlı inkişaf edəcəyimizə inanırıq.


Sertifikatlar

Digər sertifikatlar