Fabrik

Fabrik

Yem fabriki

Qatqısız qida bu günlərdə nadir rast gəlinən ləzzətdir. Sağlam olmaq üçün isə sağlam qidalanmalı və sağlam bəslənən qidanı seçməliyik.

Artıq 33 ildir ki, fəaliyyət göstərən “Siyəzən Broyler” ASC-nin yem fabriki 2017-ci ilin Sentyabr ayından etibarən yenidən qurulmağa başlandı. Fabrikdə saatda 20 ton yem istehsal gücü olan müasir avadanlıqlar və saatda 10 ton emal gücü olan Ekstruder avadanlığı quraşdırıldı. Müəssisənin ərazisində yem fabrikinin tələbatının ödənməsi və əlavə xammal ehtiyatının saxlanılması üçün 4 ədəd 2000 tonluq silos və hazır yemin saxlanması üçün 8 ədəd 50 tonluq bunkerlərin tikildi.

Bundan əlavə, fabrik ərazisinə gətirilən xammalın analizi üçün laboratoriya əsaslı təmir olundu və ən müasir avadanlıqlarla təchiz olundu. Alınan xammalların birbaşa yem fabrikinə daşınması üçün 3 km məsafədə müəssisənin balansında olan dəmir yolları tamamilə yenilənmişdir.

Rahatlıqla Siyəzəni ailənizin rasionuna daxil edə bilərsiniz. Çünki Dadlı Toyuq dadlı və keyfiyyətli yemlə qidalanır!