1 Aprel 2019

Toyuq kroketi

Bişirilmə vaxtı

60 dəq

Kateqoriya

Quru yemək

Ədviyyat

Duz, istiot
  1. Toyuq filesini yuyub kiçik hissələrə bölün. Yumurtanı yaxşıca çalın. Sarımsağın qabığını soyub sarımsaq əzən ilə əzin.
  2. Toyuq dilimlərini blenderdən keçirin. Ətin ətirli olması üçün üzərinə sarımsaq, xardal, istiot və duz əlavə edin. Blenderi yenidən 10-15 saniyəlik işə salın.
  3. Çəkilmiş toyuq ətini uzunsov formaya gətirib ilk öncə çalınmış yumurtaya daha sonra isə qurudulmuş çörək qırıntılarına batırın.
  4. Yağı dərin tavaya tökün. Kroketləri bir-bir tavaya atın. Yağ kroketlərin səthini tam örtməlidir. Tez-tez qarışdırmaq şərti ilə 8-9 dəqiqə bişirin. Kroketləri    çıxarıb artıq yağları süzərək kağız salfetlərin üzərinə qoyun.
  5. Kroketləri isti-isti süfrəyə verin.

İnqredientlər

Toyuq filesi

500 q

Yumurta

1 ədəd

Qurudulmuş çörək qırıntısı

100 q

Göbələk

100 q

Xardal (acı)

1 x.q.

Zeytun yağı

400 ml