29 Mart 2019

Heyvalı ciyər qovurması

Bişirilmə vaxtı

60 dəq

Kateqoriya

Quru yemək

Ədviyyat

Duz, istiot
  1. Öncədən isidilmiş tavada 20 q kərə yağını əridin.
  2. Heyvanın tumlarını və içini çıxarıb dilimləyin. Kərə yağında orta odda 5-7 dəqiqə ərzində qızardın.
  3. Ciyəri yuyub təmizləyin. Böyük hissələrə bölün. Tavada 20 q kərə yağını əridib ciyərləri bu yağda 5-7 dəqiqə bişirin.
  4. Soğanı uzun dilimlərlə doğrayıb heyvanın üzərinə əlavə edin. 5 dəqiqə daha  bişirin.
  5. Ciyəri soğan və heyvanın üzərinə əlavə edin. Duz, istiot, kəklikotu və sirkə səpin. Bir neçə dəqiqə qızardın.
  6. Üzərinə xırda doğranılmış cəfəri əlavə edib süfrəyə verin.

İnqredientlər

Toyuq ciyəri

300 q

Heyva

1 ədəd

Qırmızı soğan

1/2 ədəd

Kərə yağı

40 q

Sirkə

1 x.q.

Kəklikotu

1/2 ç.q.